Uranın peykinin altında 160 kilometr dərinliyində  okean olmuş ola bilər
26 sentyabr 2026 08:36 (UTC +04:00)

Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər

0

Uranın Ariel peykinin buzlu səthinin altında vaxtilə nəhəng okeanın mövcud ola biləcəyinə dair yeni sübutlar əldə edilib.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Hesablamalara görə, həmin okeanın dərinliyi 100 mildən — təxminən 160 kilometrdən çox ola bilərdi.

Ariel səthindəki çatlar və geoloji strukturlar peykin keçmişdə daha aktiv olduğunu göstərir. Oxşar əlamətlər Uranın digər peyki Miranda üçün də müəyyən edilib. Alimlər bu hipotezi yoxlamaq üçün Uran sisteminə yeni kosmik missiyanın göndərilməsinin vacib olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar