Qusarda torpaq sürüşməsi intensivləşib
0
0
Son iki gün ərzində yağan güclü yağış nəticəsində Qusarın Urva kəndində torpaq sürüşməsi intensivləşib. Qusar rayon icra hakimiyyəti başçısının Urva kəndi üzrə nümayəndəsi Süləddin İsgəndərov Lent.az-a bildirib ki, bu gün səhər saatlarında sürüşmə zonasına baxış keçirib. Onun sözlərinə görə, intensiv yağan yağışlar sürüşmə prosesini intensivləşdirib. Təhlükəli vəziyyətdə olan 3 evdən birində məskunlaşan ailə həmin evdən çıxarılıb. İcra nümayəndəsi həmin 3 evin hər an uça biləcəyini deyib.
Qeyd edək ki, həmin ərazidə sürüşmə 2009-cu ilin mart ayından başlayıb. Sürüşmə zonasında 15 yaşayış evi var. Onlardan 3-ü daha təhlükəli ərazidə yerləşir. Bu səbəbdən bu evlərdə yaşayan ailələr təhlükəsiz ərazilərə köçürülüb.
Vəli Turan