Mərdəkanda maskalı şəxslər mənzilə basqın ediblər
0
0
Mərdəkan qəsəbəsində maska taxmış 3 naməlum şəxs qəsəbə sakini Ələsgər Qocamanovun evinə silahlı basqın edib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 5-də gecə saat 22.05 radələrində maska taxmış 3 naməlum şəxs Mərdəkan qəsəbəsində yaşayan Ə.Qocamanovun evinə girib, onu və arvadı Rəfiqəni, habelə onlarda qonaq olan Səidə Əliyarbəyova ilə Aynur Cabbarlını bıçaqla hədələyib.
Daha sonra maskalı adamlar onların əl-ayaqlarını yapışqanlı lentlə bağlayaraq evdən 50.000 manat dəyərində qızıl-zinət əşyaları aparıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.