Sentyabrda dövlət sərhədimizi pozan 14 nəfər saxlanılıb
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə, tutulan sərhəd pozucularının 7 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, hər ölkədən 1 nəfər olmaqla, İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Bolqarıstan vətəndaşıdır. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən 20 halda 44 nəfər sərhəd rejim pozucusu saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 86 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 8 halda 1 kiloqram 265 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 70 halda ümumi dəyəri təqribən 1 milyon 703 min manat olan qaçaqmal, o cümlədən 250 ədəd 12 mm-lik patron, 1 ədəd beşbarmaq, 4 ədəd ABŞ istehsalı olan peyntbol və 4000 ədəd peyntbol mərmisi, 1462800 ABŞ valyutası, 13516000 Rusiya valyutası, 15,75 kq qızıl və gümüş zinət əşyaları, 55 ədəd mobil telefon, 4824 qutu siqaret, 5 baş at, çoxsaylı müxtəlif spirtli içkilər, dərman preparatları, digər sənaye və ərzaq malları saxlanılıb.

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54