
Atəşkəs bir neçə istiqamətdə pozulub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri oktyabrın 8-də saat 10.35-dən 10.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 10.20-dən 10.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.50-dən 12.00-dək və 20.00-dan 20.35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.35-dən 18.40-dək və 21.30-dan 21.40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 9-da saat 00.05-dən 00.10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.25-dən 00.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54