Ermənilər cəbhəboyu atəşkəsi pozublar
11 oktyabr 2010 09:36 (UTC +04:00)

Ermənilər cəbhəboyu atəşkəsi pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 10-da saat 09.40-dan 09.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 11.40-dan 11.50-dək, 19.40-dan 19.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 21.25-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, 22.30-dan 22.45-dən, 22.40-dan 22.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.05-dək, 23.20-dən 23.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar