Qusarda bıçaqlanma
11 oktyabr 2010 10:32 (UTC +04:00)

Qusarda bıçaqlanma

Oktyabrın 9-da Qusar rayon Piral kəndində iki dostun yeyib-içməsindən sonra bıçaqlanma hadisəsi baş verib. Lent.az-a Qusar Şəhər Prokurorluğundan verilən məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Şaldüzov Ladik Amiloviç dostu, 1986-cı il təvəllüdlü Ağaşərifov Sakit Nofik oğluna 4 bıçaq zərbəsi endirib.

Sakit Qusar Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Dostunu öldürən 21 yaşlı Ladik oktyabrın 10-da polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisənin baş verdiyi Piral kəndi ləzgilərin ən böyük yaşayış məntəqələrindən biridir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar