Məhkumdan 600 qram heroin götürülüb - FOTO
11 oktyabr 2010 12:03 (UTC +04:00)

Məhkumdan 600 qram heroin götürülüb - FOTO

0
Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiar xidməti cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarındakı şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı əməliyyat həyata keçirib.


Lent.az-ın Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən verdiyi məlumata görə, Penitensiar Xidmətin əməliyyat aparatı tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 6 saylı cəzaçəkmə müəssisəsində külli miqdarda narkotik aşkarlanıb.



09.10.2010-cu il tarixdə Penitensiar Xidmətin və tabelikdə olan 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları həmin müəssisədə cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 320.1; 320.2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş 1980-ci il təvəllüdlü məhkum Teymurov Zaur Tahir oğluna məxsus olan və məişət mebelinin hazırlanması üçün nəzərdə tutulan taxta parçasının içində (gizli saxlanc yerində) xalis çəkisi 600 qram olan narkotik vasitə - heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar