Lökbatanda vulkan püskürüb
Oktyabrın 9-da Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsindən 250-300 metr aralıda yerləşən palçıq vulkan püskürüb. Püskürmə günorta saatlarında baş verib.
Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, gurultulu səslə başlayan vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində yayılıb.
AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi və böyük dərinliklərin neftqazılılığı laboratoriyasının rəhbəri, professor Adil Əliyev Lent.az-a açıqlamasında püskürmə ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna da məlumat daxil olduğunu və hazırda ərazidə Geologiya İnstitutunun əməkdaşlarının olduğunu bildirib. Onun sözlərinə görə, ətraflı məlumat günortadan sonra yayılacaq.
Xatırladaq ki, Lökbatandakı palçıq vulkanında ilk püskürmə 1829-cu ildə qeydə alınıb. İndiyədək həmin vulkan 22 dəfə püskürüb. Sonuncu püskürmə hadisəsi bu ilin fevralında baş vermişdi. O zaman vulkan brekçiyasında 20-30 dərəcə temperatur müşahidə olunmuşdu.
Elxan SALAHOV

Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54