
Qaradağda ağır qəza: 1 ölü, 10 yaralı
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Elnur Kərimovun idarə etdiyi “Hyundai” markalı maşınla Qobustan qəsəbə sakini Nurbala Babayevin 155 №-li xətt üzrə idarə etdiyi “Mercedes-410” markalı mikroavtobus toqquşub. Nəticədə Kərimovun sərnişinlərindən anası Vəzifə Kərimova hadisə yerindəcə ölüb. Xəsarət almış hər 2 sürücü və E.Kərimovun digər sərnişini, arvadı İlahə, habelə N.Babayevin sərnişinləri, Sahil qəsəbə sakinləri İlahə Mirzəyeva, Akif Daşdiyev, onun arvadı Səidə, Mərcan Yusifova, onun gəlini Svetlana, nəvələri İlahə və Gülnar xəstəxanaya yerləşdirilib.
İlahə Kərimovanın vəziyyəti ağır, E.Kərimovun, N.Babayevin və A.Daşdiyevin vəziyyətləri qənaətbəxşdir. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
İlahə Kərimovanın vəziyyəti ağır, E.Kərimovun, N.Babayevin və A.Daşdiyevin vəziyyətləri qənaətbəxşdir. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54