Qubada bir ailənin üç üzvünü avtomobil vurub
11 oktyabr 2010 18:04 (UTC +04:00)

Qubada bir ailənin üç üzvünü avtomobil vurub

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Quba rayon sakini Elşad Ələkbərov idarə etdiyi “Tofaş” markalı avtomobillə həmyerliləri İsmət Abdulrəhimovu, onun arvadı Gülnarəni və oğlu İlkini vurub. Quba rayon mərkəzi xəstəxanasından Lent.az-a verilən məlumata görə, Gülnarənin vəziyyəti orta ağırdır. İsmət və İlkinin vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Quba rayon polis şöbəsində araşdırmalar aparılır.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar