Xaçmazda qətlə yetirilən biznesmen qadının bazarı yanıb
13 oktyabr 2010 10:13 (UTC +04:00)

Xaçmazda qətlə yetirilən biznesmen qadının bazarı yanıb

Yanğın yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Lent.az-ın verdiyi məlumata görə, yanğının səbəbləri məlum deyil.

Yanğın nəticəsində ticarət mərkəzinin 50 kvadratmetr ərazisi yanaraq külə dönüb. Bundan əlavə, 20 kvadratmetr çayxana və 30 kvadratmetrlik ərazidə piştaxta yanıb.

Xatırladaq ki, təxminən bir ay öncə Xaçmaz mərkəzi bazarının sahibi Nəcimə Babayevanın meyiti yaşadığı üçmərtəbəli şəxsi həyət evinin birinci mərtəbəsində tapılıb. Onun meyitini evi təmizləməyə gələn qulluqçusu aşkarlayıb və bu barədə dərhal N. Babayevanın üçüncü mərtəbədə yaşayan qızı Gülnarəyə məlumat verib.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar