İraqda partlayan avtobusdakı zəvvarlarımızdan biri vəfat edib - YENİLƏNİB
İraqda zəvvarların avtobusunda baş verən partlayış nəticəsində yaralanmış azərbaycanlılardan biri vəfat edib. Bu barədə APA-ya Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı məlumat verib. İraq Daxili İşlər Nazirliyi partlayış zamanı xəsarət alanların siyahısını artıq Azərbaycan səfirliyinə göndərib, orada vəfat edən azərbaycanlının İntiqam Rüstəmov olduğu bildirilir. Soydaşımızın meyitinin Azərbaycana gətiriləcəyi gözlənilir. Bundan başqa yaralanan azərbaycanlılardan ikisinin adı məlum olub. Yaralılar Elvin Aslanov və Elçin Abdullayevdir. Elvin Aslanovun vəziyyəti orta ağır, Elçin Abdullayevin vəziyyəti isə normaldır.
İraqda avtobusun minaya düşməsi nəticəsində həlak olan azərbaycanlı zəvvarın Nardaran sakini olduğu məlum olub. APA-nın məlumatına görə, İntiqam Rüstəmov Kərbəlaya ziyarətə gedən azərbaycanlı zəvvarlar qrupuna rəhbərlik edib. Ötən həftə Azərbaycandan Kərbəlaya yollanan avtobusda 35 zəvvar olub. Zəvvarlar əsasən Bakı və ətraf kəndlərin sakinləri olublar. Hadisə zamanı zəvvarların rəhbəri, “İslam həqiqətləri” qəzetinin keçmiş əməkdaşı, kinorejissor, 1978-ci il təvəllüdlü İntiqam Vahid oğlu Rüstəmov yaralanıb və xəstəxanada vəfat edib. Hadisə zamanı bir çox azərbaycanlı zəvvarın yaralandığı qeyd olunur.

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14