Bakıdakı yol-nəqliyyat hadisələrində 2 piyada ölüb
15 oktyabr 2010 12:26 (UTC +04:00)

Bakıdakı yol-nəqliyyat hadisələrində 2 piyada ölüb

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabir Əliyev “Hyundai” markalı avtomobillə Qobustan rayon sakini Vüqar Səfərəliyevi vurub. Nəticədə piyada hadisə yerində keçinib.


Digər hadisə isə Bakı-Şamaxı yolunda baş verib. Yolun 15-ci kilometrliyində Sabirabad rayon sakini Nüsrəddin Kazımov idarə etdiyi “Kamaz”la Rəhim Əhmədovu vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar