Ali Məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirən qadın tutulub -YENİLƏNİB
Məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən şəxs həbs edilib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Prokurorluğu və Nizami rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Nizami rayonu Çobanzadə küçəsində yaşadığı mənzildə qətlə yetirilmiş Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Mahmudova Natəvan Həmid qızının qətlində şübhəli bilinən 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədova Xalidə Balabəy qızı isti izlərlə saxlanılıb. Saxlanılan X. Əhmədova ilkin ifadəsində tanışı N. Mahmudovanı qəsdən öldürdüyünü etiraf edib. Müəyyən olunub ki, qətl tamah məqsədi ilə törədilib və mənzildən külli miqdarda pul və qızıl-zinyət əşyaları götürülüb.
Hazırda cinayət faktı ilə əlaqədar Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qətlə yetirilən Natəvan Mahmudova Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.

Oxşar yazılar

Gəncədə AĞIR QƏZA: ölən var
19 avqust 2025 , 01:12
Tərtərdə zəlzələ baş verdi
18 avqust 2025 , 20:59
Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytardı
18 avqust 2025 , 19:37
Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edildi
18 avqust 2025 , 19:29
Göyçayda evdən meyit tapıldı
18 avqust 2025 , 19:05
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlər həbs edildi - YENİLƏNİB
18 avqust 2025 , 17:55
Psixoloq Nilufər Abdullanın ölümü ilə bağlı araşdırmalara başlandı
18 avqust 2025 , 16:57