Kürdəmirdə ağır yol qəzası: 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə oktyabrın 15-də saat 15:45 radələrində Bakı-Qazax avtomobil yolunun 202-ci kilometrliyində, Kürdəmirin Qarabucaq kəndi ərazisində qeydə alınıb.
Qarabucaq kənd sakini 1980-ci il təvəllüdlü Elbrus İkram oğlu İsmayılov yüksək sürətlə idarə etdiyi 62 BE 092 dövlət nömrə nişanlı “BMW-320” markalı minik avtomobilini yoldan çıxararaq aşırıb. Hadisə nəticəsində sürücü E.İsmayılov, sərnişinlər - Qarabucaq kənd sakinləri 1985-ci il təvəllüdlü Vüsal Söhrab oğlu Bədəlov, onun 1983-cü il təvəllüdlü bacısı Vüsalə Bədəlova, Biləcəri qəsəbə sakinləri - 1942-ci il təvəllüdlü Böyükxanım Əliş qızı Qafarova və onun 46 yaşlı qızı Mətanət Qafarova müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Böyükxanım Qafarova xəstəxanada dünyasını dəyişib, digər xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55