Bakıda yaşayış binasında uçqun olub, xəsarət alan var
0
0
Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında rayonun Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.
Üçmərtəbəli yaşayış binasında mənzillərdən birinin eyvanı uçub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hadisə zamanı bir nəfər, 41 yaşlı Xubalıyev Kamal ağır yaralanıb.
Yaralı hadisə yerinə gələn təcilli tibbi yardım maşınları ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.
Mərkəzdən APA-ya verilən məlumata görə, onun vəziyyəti ağırdır.