Sabunçuda “Mercedes” 2 piyadanı vurub öldürdü
19 oktyabr 2010 12:08 (UTC +04:00)

Sabunçuda “Mercedes” 2 piyadanı vurub öldürdü

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, hər iki şəxs avtomobil qəzasında dünyasını dəyişib. Ölənlər təxminən 50 yaşlı kişi və 40 yaşlı qadındır. Hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.


Sabunçu rayon Polis İdarəsindən də fakt təsdiqlənib. Növbətçi hissədən Lent.az-a bildirilib ki, hər iki şəxs rayonun Ramiz Qəmbərov küçəsinin keçərkən “Mercedes” markalı avtomobillə vurulub. Hadisəni törədən sürücü Yaşar Xəlilov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Avtoqəzada həlak olmuş piyadaların şəxsiyyətləri müəyyənləşdirilir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar