53 yaşlı kişi damarını kəsərək intihar edib
20 oktyabr 2010 12:45 (UTC +04:00)

53 yaşlı kişi damarını kəsərək intihar edib

Hadisə bu gün səhər saatlarında, rayonun Gəncə prospekti, 57 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1957-ci il təvəllüdlü Darasiyev Baris Nikolayeviç yaşadığı evdə damarlarını kəsib. Çoxlu qan itirən B. Danasiyev dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar