Eynulla Fətullayevin işinə növbədənkənar plenumda baxıla bilər
Eynulla Fətullayevlə bağlı işə Azərbaycan Ali Məhkəməsində baxılacaq. Bu barədə APA-ya açıqlamasında Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli məlumat verib. Onun sözlərinə görə, artıq E. Fətullayevlə bağlı iş Ali Məhkəməyə daxil olub və prosessual qaydalar çərçivəsində həmin işə baxılacaq.
Ali Məhkəmənin Plenumunun hər 2-3 aydan bir keçirildiyini diqqətə çatdıran A. Məmmədli Eynulla Fətullayevlə bağlı işə prosessual qaydalar gözlənilməklə növbədənkənar Plenumda baxılacağını da istisna etməyib.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi bir neçə gün əvvəl Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.

Oxşar yazılar

Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü
8 iyul 2025 , 19:05
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13
Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39