Türkiyədə azərbaycanlı biznesmeni qarət edən 3 həmyerlimiz tutuldu
Türkiyədə Azərbaycan əsilli iş adamını elə azərbaycanlılar qarət ediblər.
Lent.az-ın “memlekethaber.com” saytına istinadən verdiyi məlumata görə, İstanbulda bir bankdan 178 min dollar çıxaran iş adamı Bəxtiyar Cəfərov onu izləyən Hüseyn A, Nazim B. və Kənan B. tərəfindən bıçaq və tapança ilə təhdid edilib.
Pulla dolu çantanı alaraq Kumkapı istiqamətində qaçmağa başlayan Hüseyn A.nı izləyən Bəxtiyar Cəfərov ətrafdakı insanlardan yardım istəyib. İnsanların köməyi ilə Hüseyn A. Kumkapı Polis İdarəsinin yanında yaxalanıb. Nazim B. və Kənan B. də qısa müddət sonra polis tərəfindən saxlanılıblar.
Polis bildirib ki, Bəxtiyar Cəfərov bir gün öncə bankdan çıxarkən telefonla danışıb və rus dilində “pul sabah gələcək, o zaman götürəcəm” sözlərini dilə gətirib. Bunu da yuxarıda adları çəkən azərbaycanlılar eşidib və onu izləməyə başlayıblar.

Oxşar yazılar

Hamilə olduğunu doğuş zamanı öyrəndi
23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər
23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar
23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər yol qəzasında yaralandı
23 avqust 2025 , 12:10
Bakıda ustanı öz evində cərəyan vurub öldürdü
23 avqust 2025 , 11:49
Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı
23 avqust 2025 , 11:33
Prokuror rüşvət alarkən TUTULDU
23 avqust 2025 , 10:35