Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub
22 oktyabr 2010 09:57 (UTC +04:00)

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 08.00-dan 08.10-dək və 21.50-dən 22.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.30-dan 17.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.40-dan 17.50-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.50-dən 20.10-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.00-dan 19.30-dək, 19.35-dən 20.05-dək və oktyabrın 22-də saat 01.30-dan 01.45-dək Tərtər rayonunun Çaylı, Seysulan və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar