
Heydər Əliyev Hava Limanında qəribə olay
Bu barədə APA-ya Azərbaycan Hava Yolları QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, ötən gün saat 07.01 radələrində Heydər Əliyev Hava Limanının perimetri boyunca aeroportun elektron hasarını şübhəli şəkildə keçmək istəyən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun Gəncə şəhərində dünyaya gəlmiş 1987-ci il təvəllüdlü Elçin Saləddin oğlu Hüseynov olduğu müəyyənləşib. Məlum olub ki, E. Hüseynov 21 oktyabr tarixində saat 07.01 radələrində Moskva-Bakı reysi ilə paytaxta gəlib.
Hazırda nəqliyyat polisi E. Həsənovun hansı məqsədlə hava limanından qaçaraq uzaqlaşmaq istəməsinin səbəblərini araşdırır.
Hazırda nəqliyyat polisi E. Həsənovun hansı məqsədlə hava limanından qaçaraq uzaqlaşmaq istəməsinin səbəblərini araşdırır.
Oxşar yazılar

Hamilə olduğunu doğuş zamanı öyrəndi
23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər
23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar
23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər yol qəzasında yaralandı
23 avqust 2025 , 12:10
Bakıda ustanı öz evində cərəyan vurub öldürdü
23 avqust 2025 , 11:49
Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı
23 avqust 2025 , 11:33
Prokuror rüşvət alarkən TUTULDU
23 avqust 2025 , 10:35