Günün tarixi
23 oktyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

732. Puatye döyüşündə ərəblər məğlub olub

1714. Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lui ilə görüşüb

1812. Şair Seyid Əbülqasım Nəbati anadan olub

1814. Tibb tarixində ilk plastik əməliyyat İngiltərədə keçirilib

1918. Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti Hərbi nazirlik yaratmaq barədə qərar verib

1919. Müttəfiq qoşunları komandanı Vilyam Qaskel “Naxçıvan general qubernatorluğunun yaradılması və Edmund Deklinin ora general qubernator təyin edilməsi barədə” əmr verib

1920. Azərbaycan Kommunist partiyasının II qurultayı başa çatıb

1940. Məşhur futbolçu Pele anadan olub

1942. İkinci dünya müharibəsinin həlledici vuruşmalarından olan əl-Əlameyn döyüşü başlayıb

1946. BMT-nin ilk sessiyası Nyu-Yorkda keçirilib

1953. Xanəndə Səxavət Məmmədov anadan olub

1954. Almaniya NATO-ya daxil olub

1956. Macarıstanı antisovet üsyanlar bürüyüb

1958. SSRİ Nil çayı üzərində Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırıb. Bəndin layihəsini Bakıdakı elmi tədqiqat institutları hazırlayıb

1983. Beyrutda amerikan və fransız sülhməramlılarının kazarmasına kamikadze hücumu nəticəsində 300-dən çox əsgər həlak olub. Bu hadisə “Draqqar hücumu” adlandırılır

1993. Müğənni Hacıbaba Hüseynov vəfat edib

1996. Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib

2000. Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar ediblər

2003. Moskvanın Dubrovka teatrında çeçen terrorçular 800 tamaşaçını girov götürüblər. Girovlar arasında Azərbaycan vətəndaşları da olub

2004. İsmət Abasov kənd təsərrüfatı naziri təyin edilib

2005. Müxalifət Bakıda kütləvi aksiya keçirib

2007. Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlayıb.

Günün aforizmi

“Haqq quldan intiqamı qul ilə alar
Dini irfan bilməyən bunu qul etdi sanar.”

Mövlana Cəlaləddin Rumi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar