8 uşaq atası sıldırım qayadan yıxılıb öldü
23 oktyabr 2010 11:20 (UTC +04:00)

8 uşaq atası sıldırım qayadan yıxılıb öldü

Quba rayonun Xınalıq kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 53 yaşlı Hakim Əhmədov Tufandağda təxminən 150 metrlik sıldırım qayadan yıxılaraq ölüb. Quba rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, o, dağa azyaşlı qızı ilə dağ çiçəyi yığmağa gedibmiş. Qızına aşağıda gözləməyi məsləhət görən ata özü dağa qalxıb. Atasının geri qayıtmadığını görən qızcığaz bu barədə ailə üzvlərinə məlumat verib. Hakim Əhmədovun meyiti 10 saat sonra tapılıb.



Qeyd edək ki, Hakim Əhmədov 8 övlad atasıdır. Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar