Ağcabədidə kütləvi zəhərlənmə: iki nəfər ölüb
Oktyabrın 26-da Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən kütləvi zəhərlənmə baş verib. Rayonun Taynaq kəndində ev şəraitində konservləşdirilmiş xiyar turşusundan 13 nəfər adam zəhərlənib.
Həmin şəxslər dərhal Ağcabədi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 57 yaşlı Ofeliya Mehdiyeva rayon xəstəxanasında dünyasını dəyişib. Xəstəxanaya müraciət edənlərdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün onlar təcili olaraq Bakıya aparılıblar. 60 yaşlı Fizuli Məmmədov Bakıdakı xəstəxanada vəfat edib.
Ağcabədi MRX-nın müdiri Arif Quliyev Lent.az-a bildirib ki, xəstəxanaya müraciət edən xəstələrin 9-u Bakıda Toksikologiya mərkəzində stasionar müalicə alır. Zəhərlənmə baş verən kənd həkim nəzarətinə götürülüb. Zəhərlənməyə səbəb olan xiyar turşusunun istifadə olunmamış hissəsi məhv edilib. Həmin kənddə insanlar arasında müayinələr aparılır.
Məlumata görə, hadisə məclisdə baş verib. Ağcabədi rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Vəli Turan

Oxşar yazılar

İranlının kuryerləri Bakının mərkəzində TUTULDU - VİDEO
10 iyul 2025 , 12:38
Bakıda 14 yaşlı qız yoxa çıxdı, atası axtarır
10 iyul 2025 , 10:15
Ağdərədə minaya düşən çobanın ayağı kəsiləcək - YENİLƏNİB
10 iyul 2025 , 10:12
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53