Toydan qayıdan qohumlar qəzaya düşdü: 3 ölü, 2 yaralı
Rayonun Dağlı və Küsnət kəndləri arasındakı yolda “Qaz 24” markalı avtomaşın hərəkətsiz vəziyyətdə olan “Qaz 66” markalı avtomaşınla toqquşub.
Qəza nəticəsində “Qaz 24”-də olan 5 nəfərin hamısı ağır bədən xəsarətləri ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Dağlı kənd sakinləri Nafiq Vəlimuradov, İdrət Baxışov və Vahid Şıxverdiyev vəfat edib. 52 yaşlı Qəçrəş kənd sakini Lalə Tapdıqova və onun 4 yaşlı nəvəsi Qurban Tapdıqovun vəziyyəti isə ağırdır.
Quba MRX-dan Lent.az-a verilən məlumata görə, xəstələrin vəziyyəti ağır olduğu üçün paytaxtdan həkim briqadası çağırılıb.
Quba rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, qəzaya yüksək sürət və sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.
Qeyd edək ki, “Qaz 24”-də olan şəxslər Yuxarı Küsnət kəndindən toy məclisindən qayıdırmışlar.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir.
Vəli Turan

Oxşar yazılar

İranlının kuryerləri Bakının mərkəzində TUTULDU - VİDEO
10 iyul 2025 , 12:38
Bakıda 14 yaşlı qız yoxa çıxdı, atası axtarır
10 iyul 2025 , 10:15
Ağdərədə minaya düşən çobanın ayağı kəsiləcək - YENİLƏNİB
10 iyul 2025 , 10:12
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53