Telman İsmayılov Moskva meriyasını məhkəməyə verdi
Rusiya paytaxtındakı “Çerkizov” bazarının keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Telman Moskva meriyasını məhkəməyə verib.
Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Telman İsmayılov Moskva Arbitraj Məhkəməsinə təqdim olunan iddia ərizəsində meriyadan 878 milyon dollar kompensasiya tələb edir.
Telman İsmayılov Moskva meriyasını “Moskapstroyu” şirkətinə bazar ərazisindən yol çəkməklə bağlı sifariş verdiyinə görə günahkar sayır. Telman İsmayılovun rəhbərlik etdiyi AST şirkətinin çəkiləcək dördüncü dairəvi yolun üzərində bir neçə binası var. Ancaq Moskva meriyası binaların tikildiyi yerin icarə müddətinin qurtardığını bildirir.
Qeyd edək ki, “Çerkizov” bazarı 2009-cu ilin yayında sanitar qaydalar və yanğın normaları pozulduğu üçün bağlanıb.

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu
23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından yıxılıb öldü
23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı
23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN
23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı
23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var
23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi
23 avqust 2025 , 17:35