Lerikdə torpaq sürüşməsi olub
28 oktyabr 2010 10:25 (UTC +04:00)

Lerikdə torpaq sürüşməsi olub

APA-nın Cənub bürosunun məlumatına görə, torpaq sürüşməsi rayonun Bürüsülüm kəndinin ərazisində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmə bu il senytabrın 15-də başlansa da, son günlər yağan güclü yağışlar prosesi daha da fəallaşdırıb.

Qeyd edək ki, 8 kəndin daxil olduğu Bürsülüm ərazi vahidliyində 1500 nəfər əhali yaşayır. Sürüşmə zonası 5 hektaradək ərazini əhatə edib. Yerli sakinlərin sözlərinə görə, əgər sürüşmə intensivləşərsə, 15-ə qədər fərdi yaşayış evi ziyan çəkə bilər. Artıq 3 evdə çatların əmələ gəldiyi müşahidə olunur.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna Bürsülüm kəndində yaranmış mövcud vəziyyət barədə rayon rəhbərliyinin məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin birgə iştirakı ilə əraziyə baxış keçirib. Baxış zamanı 5 hektar sahənin sürüşməyə məruz qaldığı təsdiqini tapıb və həmin ərazi nəzarətə götürülüb. Vəziyyət barədə həmçinin respublika Nazirlər Kabinetinə də məlumat verilib. H. Məlikov sürüşmənin hələlik passiv olduğunu deyib, bununla belə yağışlı hava şəraitində prosesin intensivləşəcəyi istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47