Qubada intihar edən kişi Vergilər Nazirliyinin əməkdaşı olub
28 oktyabr 2010 12:26 (UTC +04:00)

Qubada intihar edən kişi Vergilər Nazirliyinin əməkdaşı olub

0
Ötən gün yaşadığı evdə özünü asan 60 yaşlı Buxsay İsgəndərov Vergilər Nazirliyinin əməkdaşı olub. O, 15 ildən çox Qubada yerləşən 3 saylı Ərazi Vergilər İdarəsində vergi müfəttişi vəzifəsində çalışıb.

Son vaxtlar səhhətində yaranan problemlə bağlı müalicə olunub. 3 saylı ƏVİ-dən Lent.az-a verilən məlumata görə, o nümunəvi işçi olub. Qeyd edək ki, 60 yaşlı Buxsay İsgəndərov yaşadığı evdə özünü asıb. Onun meyiti hadisə baş verəndən xeyli sonra ailə üzvləri tərəfindən aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1033

Oxşar yazılar