Bakı-Şamaxı yolunda ağır qəza: 2 ölü, 3 yaralı
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saat 7:30 radələrində magistral yolun 81.5-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Qobustan rayonunun Nərimankənd sakini 1987-ci il təvəllüdlü Baxışov İman Dövlət oğlunun idarə etdiyi 90-FP-483 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili qarşı tərəfdən gələn, Bakının Binəqədi rayon sakini 1980-ci il təvəllüdlü Əhmədov İlqar Əhməd oğluna məxsus 10-KS-108 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 2006-cı il təvəllüdlü Əhmədova Əfsanə İlqar qızı, 1985-ci il təvəllüdlü Bayramova Xəyalə Vidadi qızı və 1987-ci il təvəllüdlü Musayev Rəşad Mirzəxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Rəşad Musayev və Əfsanə Əhmədova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Gəncədə partlayışda ağır xəsarət alan şəxs 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Gədəbəydə iki avtomobil toqquşdu
12 iyul 2025 , 21:51
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23