Xaçmazda “paytaxt salatı”ndan kütləvi zəhərlənmə
Xaçmaz rayonunun Xudat şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb. APA-nın şimal bürosunun xəbərinə görə, ötən gecə saatlarından başlayaraq, zəhərlənmə diaqnozu ilə Xudat şəhər Xəstəxanasına müraciətlər edilib. Müraciət edənlərin sayı 30-dan çoxdur.
Zəhərlənmə halının Xudatda restoranda keçirilən toyda baş verdiyi bildirilir.
Xudat şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynov APA-ya bildirib ki, müraciət edənlər əsasən qadınlardır. Aparılan laborator müayinələrin ilkin nəticələrinə görə, zəhərlənməyə toyda verilən “paytaxt salatı” səbəb olub.
Hazırda xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciətlər davam etməkdədir.
Xəstəxananın cərrahiyyə və terapiya şöbələrinin xəstələrlə dolduğu bildirilir.
Bu səbəbdən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yardım üçün müraciət olunub.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46