Marşrut avtobusu minik maşını ilə toqquşub, xeyli yaralı var
29 oktyabr 2010 14:57 (UTC +04:00)

Marşrut avtobusu minik maşını ilə toqquşub, xeyli yaralı var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 14.00 radələrində, Sabunçu-Maştağa yolunda, Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 198 saylı xətt avtobusu yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-2106” markalı minik maşını ilə toqquşub. Sərnişin avtobusu daha sonra yol kənarındakı evin hasarına çırpılıb. Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, hadisə zamanı yaralananlardan biri polis əməkdaşıdır. Sabunçu rayon Polis İdarəsinin əməkdaşı olan Elsevər Həsənovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların vəziyyəti isə orta-ağırdı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar