Məktəbdən çanta oğurlayan şəxsi müəllimələr yaxaladı
29 oktyabr 2010 15:07 (UTC +04:00)

Məktəbdən çanta oğurlayan şəxsi müəllimələr yaxaladı

Suraxanı rayon hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, 270 saylı orta məktəbdən, orada işləyən iki müəllimənin - Şəfiqə Abdullayeva və Azadə Mustafayevanın çantaları oğurlanıb. Lakin ayıq-sayıq müəllimələr oğrunu yaxalaya biliblər. Dərhal polisə zəng vuran müəllimələr həmin şəxsi aidiyyatı üzrə təhvil verib.

Məlumatda o da bildirilir ki, çantaları oğurlamaq istəyən Hövsan qəsəbə sakini Yusif Rzayev olub. Onun narkotik aludəsi olduğu da qeyd olunur. Çantalarda ümumilikdə 76 manat pul olub.

Həmin şəxsin ətrafında araşdırmalar davam etdirilir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar