Etimad İsmayılova 8 il həbs cəzası verildi
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov və digərlərinin cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində məhkəmə prosesi başa çatıb.
Bu barədə APA-ya ictimai vəkil Vladimir Filiçkin məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Etimad İsmayılov 8 il, Vladimir Quzov 9 il, Abbas Cəfərov 5 il, Vladimir Şvadçenko isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Vəkil məhkəmənin hökmündən 10 gün müddətinə apellyasiya şikayəti verəcəklərini də qeyd edib.
Xatırladaq ki, əvvəlki prosesdə dövlət ittihamçısı çıxış edərək, Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il, Vladimir Quzova 8 il, Abbas Cəfərova 6 il həbs cəzası, Vladimir Şvadçenkoya isə 3 il şərti cəza verilməsini istəmişdi.
Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.
Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.

Oxşar yazılar

Gəncədə partlayışda ağır xəsarət alan şəxs 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Gədəbəydə iki avtomobil toqquşdu
12 iyul 2025 , 21:51
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23