İstanbuldan Bakıya uçan təyyarədə yanğın olub
30 oktyabr 2010 11:30 (UTC +04:00)

İstanbuldan Bakıya uçan təyyarədə yanğın olub

0
APA-nın «AirportHaber» portalına istinadən verdiyi məlumata görə, buna təyyarə kabinəsindəki tüstülənmə səbəb olub. Hadisə nəticəsində sərnişinlər arasında huşunu itirənlər də olub.

Hava limanına enən təyyarənin sərnişinləri geriyə eyni təyyarədə qayıtmaq istəmədiklərini bildiriblər. Nəticədə İstanbul Atatürk Hava Limanında olan «Azal» əməkdaşları ilə sərnişinlər arasında mübahisə yaranıb.

Gecə ərzində təyyarə texniki baxışdan keçirilib. Hadisənin təyyarənin mətbəxində baş verdiyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar