Atəşkəs bir neçə istiqamətdə pozulub
01 noyabr 2010 11:40 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 31-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 12.00-dan 12.20-dək, 13.50-dən 14.00-dək, 22.00-dan 22.10-dək Ağdam rayonunun Sarıcalı, Şuraabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.45-dən 16.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.25-dən 13.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.35-dək və 20.10-dan 20.15-dək Tərtər rayonunun Seysulan və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar