Kafedə bərkdən danışdı, bıçaqlandı
01 noyabr 2010 15:56 (UTC +04:00)

Kafedə bərkdən danışdı, bıçaqlandı

0
Rayon Polis İdarəsinin müstəntiqi Aqil Ələsgərovun Lent az-a verdiyi məlumata görə, Sabir Həsənov münaqişə zəminində yaxın tanışı Musa Hüseynovu bıçaqlayıb.

Hadisə nəticəsində xəsarət alan Hüseynov yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, pasiyentin səhhəti kafidir.

Saxlanılan şəxsin istintaqa verdiyi ifadəyə görə, Musa Hüseynov kafedə ucadan danışdığına görə bıçaqlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabir Həsənov gecə saatlarında saxlanılıb.

Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı 126.1 (soyuq silahdan istifadə etməklə bədənə xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Natiq Qədimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar