Xaçmazda beşmərtəbəli binada yanğın
Noyabrın 3-də axşam saat 22 radələrində Xaçmaz rayonunda 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın baş verib. Xaçmaz rayon sakini, 58 yaşlı Elxan Hacıyeva məxsus, Səid Qurbanov küçəsi ev 46, mənzil 39-da baş verən yanğının qarşısını almaq üçün hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Mənzilin 20 kvadratmetr hissəsi yanıb. Yanğın nəticəsində mənzildə olan 70 yaşlı Gülcahan Hacıyeva yanıq xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, 56 yaşlı Ziyarət Hüseynova da tüstündən boğulma diaqnozu ilə Xaçmaz MRX-na çatdırılıb. Onun vəziyyəti normaldır.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
Vəli Turan

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00