Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində şəhid hərbçilərimizlə vida mərasimi keçiriləcək
APA-nın məlumatına görə, vida mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Şəhidlərin II Şəhidlər xiyabanında dəfn olunacaqları bildirilir.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.
Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb.

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO
22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı
21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü
21 iyun 2025 , 20:12
DTX-nın saxladığı icra başçısı həbs olundu
21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü
21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər tapıldı
21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır
21 iyun 2025 , 16:42