DİN: 1 nəfər özünü MSK-nın qarşısında yandırmaq istəyib
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib: “Bu gün ictimai asayişin kobud şəkildə pozulmasına yol verilməyib. Seçki məntəqələrinin və seçicilərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub”.
E.Zahidov onu da bildirdi ki, bir neçə məntəqədə xırda hadisələr baş verib: “Bir neçə yerdə məntəqə və dairə seçki məntəqəsinin sədrləri polis əməkdaşlarını dəvət ediblər və həmin yerlərdə qayda pozuntusunun qarşısı dərhal alınıb. Bir hadisə isə Binəqədi rayonunda qeydə alınıb. Saat 15:20 radələrində Biləcəri qəsəbə sakini olan Ayaz Qocamanov MSK-nın qarşısına gələrək özünü yandırmaq istəyib. Lakin əməkdaşlarımız vaxtında müdaxilə ediblər, intihara cəhdin qarşısı alınıb. Həmin şəxs sonrakı araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinə dəvət olunub”.
E.Zahidov həmçinin qeyd etdi ki, həmin şəxsin hərəkətinin seçkilərə aidiyyatı olmayıb: “Sonradan məlum oldu ki, kiminsə ona pul borcu var imiş və Qocamanov diqqəti cəlb etmək üçün MSK-nın qarşısında intihara cəhd edib”.
Nizam Rza

Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50