Binəqədidə iki nəfər bıçaqlanıb: 1 ölü, 1 yaralı
08 noyabr 2010 10:51 (UTC +04:00)

Binəqədidə iki nəfər bıçaqlanıb: 1 ölü, 1 yaralı

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayon ərazisində 1971-ci il təvəllüdlü Arzu İsgəndərov münaqişə zəminində 1978-ci il təvəllüdlü Rəşad Əliyevi qətlə yetirib. Hadisə noyabrın 6-da saat 22:00 radələrində törədilib. A.İsgəndərov polis tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.


Digər hadisə isə Binqədi kəndinin Gülüstan küçəsində baş verib. Hadisə noyabrın 8-i saat 00:30-də olub. Şahin adlı şəxs 1985-ci il təvəllüdlü Daqdaşov Tofiq Dilavər oğlunu bıçaqlayıb və daha sonra hadisə yerindən qaçıb. Hazırda həmin şəxsin axtarışları davam etdirilir. Yaralı isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar