Zərdabda 5 otaqlı ev külə döndü
08 noyabr 2010 11:42 (UTC +04:00)

Zərdabda 5 otaqlı ev külə döndü

0
Noyabrın 6-da sat 20:30 radələrində Zərdab rayonunun Qoruqbağı kəndində 5 otaqlı ev yanıb. Rayon Polis idarəsindən Lent.az-a verilən məlumata görə, kənd sakini Həbilə İsmayılovaya məxsus 1 mərtəbəli 5 otaqlı ev əşyaları ilə birgə tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da evin bütün əşyaları kül olub. Hadisəyə səbəb kimi ehtiyatsızlıq göstərilir. Araşdırma aparılır.

Noyabrın 7-də isə Zərdabda Cinayət Məcəlləsinin 234.2 və 234.2.4-cü maddələri ilə (satış məqsədi ilə narkotik vasitə saxlama) axtarışda olan şəxs yaxalanıb. Məlikli kənd sakini 1970-ci il təvəllüdlü Mərdanov İsmayıl Səfiəddin oğlu əməliyyat-axtarış tədbirləri çərçivəsində yaxalanıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar