Maaşını ala bilməyən Şabran sakini özünü yandırdı
Noyabrın 8-də Şabran rayonunun Ağalıq kənd sakini, 43 yaşlı İlqar Əsədov özünü yandırıb. Hadisə Siyəzən rayonunda, eyni adlı quşçuluq fabrikinin qarşısında baş verib. Siyəzən rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, İlqar Əsədov 4 aydır əməkhaqqını ala bilməyib və etiraz əlaməti olaraq özünü yandırıb.
İlqar Əsədovun bədəninin 60%-i yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan İlqar Əsədov Respublika Yanıq Mərkəzinə göndərilib.
İlqar Əsədov əməkhaqqı ala bilmədiyindən noyabrın 5-də öz ərizəsi ilə işdən çıxıb.
Faktla bağlı Siyəzən rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Vəli Turan

Oxşar yazılar

Tanınmış oftalmoloq barəsində cinayət işi açıldı
14 iyul 2025 , 11:45Sabirabadda 76 yaşlı kişinin meyiti tapıldı
14 iyul 2025 , 11:39Sabirabadda DƏHŞƏT: oğlu 85 yaşlı anasını döyüb öldürdü
14 iyul 2025 , 11:33
“MİDA” yaşayış kompleksində ÖLÜM
14 iyul 2025 , 11:08
Bakıda 82 yaşlı kişi yıxılıb öldü
14 iyul 2025 , 10:30
Bakıda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı
14 iyul 2025 , 09:33
Bank və xəbər saytına müdaxilə edən haker ələ keçdi - DTX-dan ƏMƏLİYYAT
14 iyul 2025 , 09:05