Bakıda 25 yaşlı oğlanı öldürüb qaçdılar
10 noyabr 2010 10:53 (UTC +04:00)

Bakıda 25 yaşlı oğlanı öldürüb qaçdılar

0
Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Dairəvi yolda naməlum avtomobil 1985-ci il təvəllüdlü İmanov Mehdi Naib oğlunu vurub. Yeni Yasamal sakini olan 25 yaşlı gənc hadisə yerindəcə keçinib. Onu vuran maşın isə qəza yerindən qaçıb.

Hazırda həmin piyadanı vurulması ilə nəticələnən qəzaya səbəb olmuş maşının axtarışları davam etdirilir. Cinayət işi başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar