Toyda qan töküldü
Noyabrın 10-da saat 18 radələrində Qazax rayonun Ağköynək kəndində toy mərasimində qan düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Zülfüqar Süleymanov 1989-cu il doğumlu Əhməd Arıxovu bıçaqlayıb. O, Arıxova 3 bıçaq zərbəsi endirib. Zərbələrdən ikisi kürək nahiyəsindən dəyib, digəri isə anal dəliyinə tuş gəlib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və əməliyyat olunub. Həkimlər xəstənin həyatını xilas etdiklərini deyiblər. Lakin Ə.Arıxovun ifadəsini almaq hələ də mümkün olmayıb.
Qeyd edək ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Toya gələn hər iki gəncin sözü çəp gəlib və onlar arasında mübahisə düşüb. Bir-birini söyüb-təhqir edəndən sonra Z.Süleymanov üstündə gəzdirdiyi bıçağa əl atıb.
Faktla bağlı sağlamlığa qəsdən zərbə vurma maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətmiş 20 yaşlı gənc saxlanılıb.
Nizam Rza

Oxşar yazılar

Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21
Zaqatalada AĞAC TERRORU: Polis araşdırmalara başladı - VİDEO
14 iyul 2025 , 17:19Çimərliyi ildırım vurdu: Ölənlər və yaralananlar var
14 iyul 2025 , 16:18
Atasını balta ilə yaralayıb həyatına dəhşətli şəkildə son qoydu
14 iyul 2025 , 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - YENİ TƏYİNATLAR
14 iyul 2025 , 15:54
Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı blogger Rusiya vətəndaşlığından məhrum edildi
14 iyul 2025 , 15:47