Şeron Stoun Hollivudun "seks simvolu" kimi imicini necə aşdığından danışıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 68 yaşlı aktrisa Los-Ancelesdəki Beverly Hills otelində keçirilən “Variety” jurnalının "Qadınların gücü" mərasimində xeyriyyəçiliyi və qadın hüquqlarının müdafiəsi üçün mükafat alıb.
Ulduzlarla dolu tədbirdən əvvəl Stoun qırmızı xalçada “Page Six”ın jurnalistləri ilə söhbət edib. 1992-ci ildə erotik triller olan "Əsas instinkt" erotik trillerinin çıxmasından sonra şöhrət qazanan aktrisa qadınların təsirinin təkcə böyük ictimai çıxışlarda deyil, həm də ən adi, gündəlik qərarlarda özünü göstərdiyini vurğulayıb.
"Düşünürəm ki, hamımızın güc və təsirə malik qadın olduğumuzu anlamaq həqiqətən vacibdir, çünki qadın olmağımızın özü bizi güclü və təsirli edir", - Stoun bildirib.
"Dünyadakı bütün əsas gündəlik qərarları qadınlar verir. Düşünürəm ki, bunu yadda saxlamaq həqiqətən vacibdir. Bunda böyük güc və təsir var", - o əlavə edib.
Stoun qadınları bu gücdən "şəfqət, diqqət və məqsədyönlülüklə" istifadə etməyə və bir-birlərinə dəstək olmağa və qayğı göstərməyə çağırıb.
Mərasim zamanı aktrisa ABŞ Konstitusiyasında təsbit edilmiş fərdi hüquq və azadlıqların qorunmasına həsr olunmuş qeyri-kommersiya təşkilatı olan Amerika vətəndaş azadlıqları birliyi (ACLU) ilə işi barədə ayrıca danışıb.
"Mən Amerika arzusunun məhsuluyam", - deyən Stoun səhnədə atası, Pensilvaniya fabrikində işləyən və maddi imkanları çox aşağı olan bir ailədə böyüyən Cozef Uilyamı xatırlayaraq bildirib.
Öz karyerası haqqında danışan aktrisa, onu məşhurlaşdıran obrazdan nə qədər uzaqlaşdığını vurğulayıb.
"Mən seks simvolu olmaqdan çox uzaqlaşmışam... Və bunu hələ də ayaqlarımı yerə möhkəm basaraq, beton döşəmələrdə 10 santimetr hündürdaban ayaqqabılardan yorğun və ağrıyan vəziyyətdə etmişəm", - Stoun vurğulayıb.
O, Amerika bayrağının rənglərinə istinad edərək əlavə edib: "Qırmızı, ağ və mavi rənglərdə boz rəng olmadığı üçün yerdə möhkəm dayanmağa davam etdim ".
"Beləliklə, qadınlarında hiss etdiyim gücü başa düşürəm, çünki mən burada, sizin aranızda dayanıram. Və burada dayananda tək deyiləm", - aktrisasöyləyib.
Şeron Stoun bu ilki Variety's Power of Women mərasimində xeyriyyəçilik və qadın hüquqlarının müdafiəsi üçün mükafatlandırılan bir neçə əyləncə sənayesi nümayəndəsindən biri olub.