Avtobus “QAZ 31”in üstünə çıxdı: 2 ölü, 2 yaralı - YENİLƏNİB
Noyabrın 12-də Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsindən Lent.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax yolunda olub. Bakıdan Qazaxa gedən “Daewoo” markalı iri tutumlu sərnişin avtobusu Şəmkir rayonunun Zəyəm kəndi ərazisində qəzaya uğrayıb. Hadisənin təfərrüatları məlum olmasa da ilkin məlumata görə iki nəfər ölüb.
Şəmkir rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Daewoo” markalı avtobus “Qaz-31”lə toqquşub. Nəticədə maşında olan iki nəfər - 1973-cü il təvəllüdlü Xəlilov Yaşar Qurban oğlu və 1971-ci il doğumlu Rüstəmov Mürsəl Ənvər oğlu ölüb. 2 nəfər isə ağır xəsarətlərlə Şəmkir Şəhər Xəstəxanasına aparılıb.
Hadisənin səbəbləri araşdırılır.
Nizam Rza

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16