Gürcüstanda bir azərbaycanlı öldürülüb, digəri ağır yaralanıb
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hadisə dünən saat 18.00 radələrində rayonun Şindilər kəndində qeydə alınıb.
Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, Dmanisi şəhəri yaxınlığında yerləşən Svan qəsəbə sakini İrakli Libiliyani ilə Şindilər kənd sakinləri - 83 yaşlı Muhəddin Adıgözəlov və 70 yaşlı Nadir Əhmədov arasında mübahisə yaranıb. İ. Libiliyani hər iki şəxsə dəmir parçası ilə ağır xəsarətlər yetirib. M. Adıgözəlov başından aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. N. Əhmədov isə ağır vəziyyətdə Tiflisdəki xəstəxanalardan birində reanimasiya şöbəsinə yerləşdirilib.
İ. Libiliyani tutulub. Faktla bağlı araşdırmalar aparılır. Hadisə yerinə rayon rəhbərliyi gəlib.
Məlumata görə, hadisə M. Adıgözəlov və N. Əhmədov İ. Libiliyaninin Şindilər kəndindəki əkin sahəsində mal-qara otaran zaman baş verib. İ. Libiliyani kənd sakinlərinin mal-qarasının əkin sahəsində otlamasından qəzəblənərək, heyvanlara xəsarət yetirməyə başlayıb. Daha sonra o, buna etiraz edən M. Adıgözəlov və N. Əhmədova hücum edib.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15