Unibank Premyer Liqası: “Bakı”dan ardıcıl ikinci qələbə
Lent.az-ın məlumatına görə, hesabat turunda lider dəyişməsə də, bir sıra gözlənilməz nəticələr qeydə alınıb.
“Neftçi” Salyanda “Muğan”ı 3:0 hesabı ilə məğlub edib. Qollardan ikisini çempionatın bombardiri Bahodir Nasimov imza atıb. Lakin özbəkistanlı hücumçu 17-ci dəqiqədə penaltidən yararlana bilməyib. Bununla yanaşı, baş hakim Anar Salmanov “Muğan” 0:1 hesabı ilə geridə olduğu vaxt 75-ci dəqiqədə “Neftçi”nin qapısına aşkar penaltini təyin etməyib. Matçdan sonra isə Salyan komandasının baş məşqçisi Almir Hurtiç istefa verib.
“Xəzər Lənkəran” “Simurq” üzərində minimal hesablı qələbə sayəsində 2-ci pillədəki yerini qoruyub.
Daha 3 qarşılaşmaya gəlincə, AZAL “Şəfa” stadionunda autsayder MOİK-i yenə bilməyib. Hesabı penalti zərbəsi ilə bərabərləşdirən “hərbçilər” 60-cı dəqiqədə azlıqda qalıblar. Qapıçı Amiran Qventsadze meydançadan qovulub. “Turan” Tovuzda “Gəncə” ilə görüşün gedişində hesabda geri düşsə də, qələbəyə nail olub. Mövsümə uğursuz başlayan “Bakı” isə ardıcıl ikinci qalibiyyətini “Qarabağ” üzərində qazanıb.
Tura hazırda davam edən “İnter” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
12 noyabr (cümə)
“Turan” (Tovuz) – “Gəncə” – 2:1
Fərmayıl Əliyev, 62. Muammer Erdoğdu, 69 - Junivan Suares, 36
MOİK (Bakı) – AZAL (Bakı) – 1:1
Nuran Qurbanov, 47-penalti ilə - Pius İkedia, 27
Qırmızı vərəqə: Amiran Qventsadze, 60 (MOİK)
13 noyabr (şənbə)
“Muğan” (Salyan) – “Neftçi” (Bakı) – 0:3
Bahodir Nasimov, 29; 80. Rəşad Abdullayev, 90+2
“Bakı” – “Qarabağ” (Ağdam) – 2:0
Stefan Borbikoni, 17. Leonardo Roşa, 90+3
“Xəzər Lənkəran” – “Simurq” (Zaqatala) – 1:0
Alim Qurbanov, 73
1. “Neftçi” – 30 xal
2. “Xəzər Lənkəran” – 27
3. AZAL – 25
4. “İnter” – 23 (12 oyuna)
5. “Qarabağ” – 21
6. “Bakı” – 18
7. “Qəbələ” – 18 (12)
8. “Gəncə” – 15
9. “Muğan” – 11
10. “Turan” – 11
11. “Simurq” – 6
12. MOİK – 5.
Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 14.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15